Toyuna hazırlaşan məşhur türk müğənni təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Məşhur türkiyəli müğənni İrem Derici təcili xəstəxanaya yerləşdirilib.

Aug 26, 2025 - 21:10
Toyuna hazırlaşan məşhur türk müğənni təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

SAVASHMEDİA.az xəbər verir ki, müğənni ağır boğaz və qulaq iltihabından əziyyət çəkir.

Derici xəstəxana otağından paylaşım edərək səhhətinin pis olduğunu bildirib:

“İndi antibiotik köçürülür. Sonra da vitamin vuracaqlar. Qızdırmam 38,9-dur. Kimin gözü qalıbsa artıq...”. 

Qeyd edək ki, müğənni bir ay əvvəl sevgilisi Melih Kunukçunun evlilik təklifini qəbul edib. Xəstələndiyi üçün konsertlərini ləğv edən İ.Dericinin toy hazırlıqları da yarımçıq qalıb.

Banu

Fotoda müğənni İrem Derici