"Mənsiz İstanbula qayıtmayın" - Kərəmdən "Fənərbağça" rəhbərliyinə mesaj
Aylardır “Fənərbağça”ya transferi gündəmdə olan Kərəm Aktürkoğlu sarı-lacivərdlilərə mesaj göndərib.
SAVASHMEDİA.az xəbər verir ki, komanda Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab oyunu üçün artıq Portuqaliyadadır.
Türkiyə mediasının yazdığına görə, Kərəm Aktürkoğlu klub rəhbərliyinə mesaj göndərərək onsuz İstanbula dönməmələrini istəyib:
"Mənsiz İstanbula qayıtmayın. Fənərbağça ilə çempion olmaq üçün gəlirəm".
“Fənərbağça” rəhbərliyi isə Kərəmin qətiyyətli mövqeyinə görə “Benfika”dan qiymət endirimi tələb etməyəcək.
Qeyd edək ki, “Benfika”- “Fənərbağça” matçı 27 avqust saat 23:00-da (Bakı vaxtı ilə) keçiriləcək.
Banu