Kömək istəmişdi, Qurban Qurbanov 3 min manat göndərdi - FOTO
Azərbaycan millisinin üzvü, veteran futbolçumuz Kamal Quliyevin səhhətində ciddi problemlər yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, maddi durumu ağır olan futbolçu futbol camiəsinə videomüraciət edərək yardım edilməsini xahiş etmişdi.
Məlumata görə, artıq bir neçə futbol klubu futbolçuya əl tutub. belə ki, "Sumqayıt" FK isə veteran futbolçuya 2 min manat yardım edib, "Neftçi"və AFFA isə kömək edəcəyinmi vəd edib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da kamal Quliyevin müraciətinə laqeyd qalmayıb. Belə ki, o, veteran futbolçuya 3 min manat pul göndərib.
Oğuz
Fotoda Kamal Quliyev