Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq?

Növbəti həftədən etibarən Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayacaq. 

Jul 2, 2026 - 12:23
Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq?

SAVASHMEDİA.az xəbər verir ki, iyulun 7-də "Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsində TNS ilə üz-üzə gələcək.

Bu matç Bakı vaxtı ilə saat 20:00-da "CBC Sport"da yayımlanacaq. 

İyulun 9-u saat 20:00-da keçiriləcək "Qarabağ" - "Vestri" matçı da adıçəkilən telekanalda yayımlanacaq.