Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? + FOTOLAR
Həbsxanada həyatını itirən amerikalı milyarder Ceffri Epşteynə bənzəyən Peter Simel DNT testi etdirib.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-nin Florida ştatının Palm Biç bölgəsində yaşayan Peter Simel Epşteyn olmadığını ictimaiyyətə sübut etmək üçün İsraildə analiz verib. Bununla bağlı video da yayımlanıb.
Həmin görüntülərdə Peter Simelin İsraildəki bir xəstəxanada DNT testi verməsi əks olunub. Testin nəticələri hələ açıqlanmayıb.
Fotoda Ceffri Epşteyn
Qeyd edək ki, “Palm Biç Pit” kimi tanınan Peter Simel Floridada üstüaçıq avtomobil idarə edərkən Endryu Pouzi adlı şəxs onu videoya çəkib. O, görüntülərdəki şəxsin Ceffri Epşteyn olduğunu iddia edib. Bundan sonra Peter Simel təzyiqlərə məruz qalıb.
Simel qatıldığı proqramda da Epşteyn olmadığını bildirib, hətta yalan detektoru testindən keçib. Lakin şayiələr səngimək bilməyib. Nəticədə, o, DNT analizi verməyə məcbur qalıb.
Fotoda Ceffri Epşteynin oxşarı olan Peter Simel
Xatırladaq ki, ABŞ-li milyarder və iş adamı Ceffri Epşteyn azyaşlı qızlara qarşı cinsi istismar cinayətlərinə görə 2019-cu ildə həbs edilib. Elə həmin ilin avqustunda cəza çəkdiyi kamerada ölü tapılıb.
Tibbi ekspertiza Ceffri Epşteynin özünü asaraq intihar etdiyini müəyyən edib. Bununla belə, onun ölümü ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələri yayılıb. 2025-ci ildə ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) yenidən araşdırma apararaq Epşteynin intihar etdiyi qənaətini təsdiqləyib.
Banu