Alyaskada oteldən tapılan məxfi sənəd aranı qatdı, printerdə unudulub - Ağ Evdən TƏCİLİ AÇIQLAMA

Ağ Ev prezident Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Alyaskadakı oteldəki görüşünə dair məxfi sənədlərin tapılmasına münasibət bildirib.

Aug 17, 2025 - 00:52
Aug 17, 2025 - 01:33
Alyaskada oteldən tapılan məxfi sənəd aranı qatdı, printerdə unudulub - Ağ Evdən TƏCİLİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ adminstrasiyası NPR-nin tədbirdə təhlükəsizlik pozuntularının olması iddialarını rədd edib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "nahar menyusunun bir neçə səhifəsini dərc etmək və bunu "təhlükəsizlik pozuntusu" adlandırmaq gülüncdür" deyib.

NPR məlumat yayıb ki, prezidentlərin görüşü ilə bağlı məxfi təfərrüatları əks etdirən sənədlər Alyaskanın Ankoric şəhərindəki otelin biznes mərkəzindən tapılıb.

Printerdə unudulmuş sənəd

Ehtimallara görə, tapılan səkkiz vərəq ABŞ dövlət işçiləri tərəfindən çap edilib və təsadüfən printerdə qalıb. Sənədlərdə sammitin dəqiq yerləri, vaxtı və ABŞ administrasiyasının əməkdaşlarının telefon nömrələri var.

Sənədlərə görə, Tramp Putinə təntənəli hədiyyə təqdim etməyə hazırlaşırmış. Bundan əlavə, siyasətçilər bir saat mətbuat konfransı keçirməli və birgə naharda iştirak etməli idilər. Los-Ancelesdəki Kaliforniya Universitetinin hüquq professoru Con Mayklsın sözlərinə görə, printerdə sənədlərin tapılması Tramp administrasiyasının diqqətsizliyini və səriştəsizliyini bir daha sübut edir.

Oğuz