Putin Trampın elçisi ilə Ukraynanı 4 saat müzakirə edib 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqları başa çatdırıb.

Apr 11, 2025 - 23:45
Putin Trampın elçisi ilə Ukraynanı 4 saat müzakirə edib 

SAVASHMEDİa.az xəbər verir ki, görüş barədə hesabat Kremlin saytında dərc olunub.

"Rusiya dövlətinin başçısı Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüş keçirib. Görüşün mövzusu Ukrayna nizamlanmasının aspektləridir", - məlumatda deyilir.

Görüş dörd saatdan çox davam edib. 

Bu, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi ilə Rusiya lideri arasında üçüncü görüşdür. Bundan əvvəl Witkoff fevral və mart aylarında Moskvaya səfər etmişdi.

Səlcuq