Zelenski azərbaycanlıya yüksək vəzifə verdi - FOTOSU

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub.

Jul 23, 2026 - 00:52
Jul 23, 2026 - 00:55
Zelenski azərbaycanlıya yüksək vəzifə verdi - FOTOSU

Bununla bağlı Ukrayna Nazirlər Kabineti Prezident Volodimir Zelenskinin təqdimatını təsdiqləyib.

T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur.

Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib. (report)