"NİDA"çı Bayramın həbs edilən qardaşı VƏFAT ETDİ - Anasını öldürmüşdü
Avqustun 1-də anasını qətlə yetirdiyi üçün həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.
SAVASHMEDİA.az xəbər verir ki, nocomment-in əldə etdiyi məlumata görə, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Ölüm səbəbi hələlik bilinmir.
Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.
Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.