F-16 təyyarəsi qəzaya uğradı, pilot öldü - Polşada

Polşanın Radom hava limanında beynəlxalq aviaşouya hazırlıq zamanı F-16 təyyarəsi qəzaya uğrayıb. 

Aug 29, 2025 - 14:20
F-16 təyyarəsi qəzaya uğradı, pilot öldü - Polşada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Onet nəşri yazıb. 

“Radomda faciə baş verib. F-16 qırıcı təyyarəsi hava şousuna hazırlaşarkən qəzaya uğrayıb. Təəssüf ki, pilot dünyasını dəyişib”, - deyə Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib.

Faciənin video görüntülərində təyyarənin yüksək sürətlə yerə çırpılaraq alova büründüyü görünür.

Qeyd edək ki, beynəlxalq Air Show Radom aviaşousu bu həftəsonu Radom hava limanında keçirilməli idi, lakin baş vermiş faciədən sonra tədbir ləğv olunub.

Xatirə SADİQ