İlham Əliyev Qarabağın bərpasına ilk kömək edən ölkənin ADINI ÇƏKDİ

Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır.

Aug 24, 2026 - 01:12
İlham Əliyev Qarabağın bərpasına ilk kömək edən ölkənin ADINI ÇƏKDİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu Prezident İlham Əliyev təltifolunma mərasimində çıxışında deyib.

"Əlbəttə, bu yüksək mükafatı alarkən Özbəkistan Prezidenti Şövkət Miromonoviç Mirziyayevin ikitərəfli münasibətlərimizin möhkəmlənməsindəki xüsusi rolunu, xalqımıza qarşı səmimi münasibətini və Qarabağın bərpasında göstərdiyi köməyi qeyd etmək istərdim. Mən bu gün artıq bu barədə danışdım və Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən Prezident, ilk ölkə Prezident Mirziyoyev və Özbəkistandır", - Azərbaycan lideri qeyd edib.