Quranı yandırdığına görə öldürülən iraqlı Momika kimdir? - DETALLAR

İraq əsilli anti-islam fəalı, Quran yandırmaq aksiyalarının təşkilatçısı Salvan Momika Stokholm yaxınlığında aldığı güllə yarasından ölüb. 

Jan 30, 2025 - 10:38
Quranı yandırdığına görə öldürülən iraqlı Momika kimdir? - DETALLAR

SAVASHMEDİA.az-ın xəbərinə görə,  bu barədə geniş süjet hazırlayan İsveçin SVT telekanalının məlumatına görə, 38 yaşlı Momika çərşənbə günü axşam saatlarında Södertälje şəhərində ölü tapılıb.

İsveç polisi Salvan Momikanın qətli ilə bağlı aparılan istintaq zamanı 5 nəfərin həbs edildiyini açıqlayıb .

Telekanalın məlumatına görə, işin istintaqına təhlükəsizlik xidməti cəlb olunub. Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ətrafında axtarış aparılır.

Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb. 2024-cü ilin yayında onun müvəqqəti yaşayış icazəsi bir il müddətinə uzadılıb. İsveç prokurorları Momikanı "dini və milli nifrəti qızışdırmaq”da ittiham edib. O, 2023-cü ilin yayında Stokholmda Quranın dörd yerdə yandırılması ilə bağlı dörd epizodda ittiham olunub.

Oğuz