"Anna mənə boşanmaq istədiyini deyəndə..." - Paşinyan bu haqda İLK DƏFƏ danışdı 

“Annanın ayrılıq qərarı ilə barışmamışam”.

Apr 23, 2026 - 17:03
"Anna mənə boşanmaq istədiyini deyəndə..." - Paşinyan bu haqda İLK DƏFƏ danışdı 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsi həyatı ilə bağlı suala cavab verərkən bildirib.

“Anna Akopyan ayrılıq qərarını elan etdiyi vaxt onun qərarına hörmətlə yanaşdım. Lakin bu o demək deyil ki, onun qərarı ilə barışmışam. Buna görə də mən görüşümüzün baş tutması üçün səy göstərdim. Sevinirəm ki, ailəmizin qorunması üçün hələ də bir şansım var”, - Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Anna Akopyan fevralın sonunda Nikol Paşinyanla vətəndaş nikahını sonlandırdığını açıqlayıb və hökumət iqamətgahını tərk edib. Ayrılıqdan bir müddət sonra Paşinyanla Anna hökumət iqamətgahında biraraya gəliblər. Paşinyanın həmin vaxt çəkib paylaşdığı videoda arxa planda Anna Akopyan da görünüb. 

Daha sonra isə onlar Gümrüdə keçirilən avtomobil yürüşünə birgə qatılıblar. (Çox güman ki, Nikol Paşinyan jurnalistə verdiyi cavabında bu görüşləri nəzərdə tutur) Günlər əvvəl isə Anna Akopyan erməni xalqını Nikol Paşinyana səs verməyə çağırıb və özünün də ona səs verəcəyini açıqlayıb.

Banu