Dambrauskas "Turan Tovuz"un paxıllığını çəkir? - Gözlənilməz AÇIQLAMA

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda futbol azarkeşlərinin stadionlara marağının az olmasından danışıb.

Nov 29, 2026 - 00:32
Dambrauskas "Turan Tovuz"un paxıllığını çəkir? - Gözlənilməz AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis “Kəpəz” və “Turan Tovuz” azarkeşlərinin komandalarına göstərdiyi dəstəyi nümunə çəkərək Bakıda eyni mənzərənin olmadığını bildirib.

Dambrauskas paytaxtda azarkeşlərin stadionun uzaqda yerləşməsindən şikayətləndiyini deyib. Onun sözlərinə görə, stadion şimalda olsaydı, cənubda, şərqdə olsaydı, qərbdə yaşayanlar narazılıq edəcəkdilər.

Baş məşqçi fikrini sualla davam etdirib: “Bəs stadion Qız qalasının düz yanında yerləşsəydi, oyunlara gələcəkdilərmi?”

Dambrauskas “Qarabağ” və “Neftçi”nin azarkeş sayına da diqqət çəkib. O bildirib ki, “Qarabağ” uzun illərdir avrokuboklarda çıxış etsə də, oyunlarına cəmi 500-600 azarkeş gəlir. “Neftçi”nin isə stadionu şəhərdə yerləşməsinə baxmayaraq, qarşılaşmalarında azarkeş sayı azdır.

Mütəxəssisin fikrincə, azarkeşlərin stadiona gəlməməsini yalnız arenanın yerləşdiyi ərazi ilə izah etmək düzgün deyil.

Oğuz