Fransa millisinin paltardəyişmə otağında ŞOK - Olisenin şkafından nə çıxdı? + FOTO

Fransa millisinin futbolçusu Maykl Olise ilə bağlı yayılan foto gündəm olub.

Jun 23, 2026 - 17:43
Fransa millisinin paltardəyişmə otağında ŞOK - Olisenin şkafından nə çıxdı? + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, DÇ-2026-da çıxışını davam etdirən Fransa millisinin paltardəyişmə otağından yayılan kadrlarda M. Olisenin şkafında “snus” kimi tanınan tüstüsüz tütün məhsulu görünüb.

Görüntülər qısa müddətdə futbol ictimaiyyətində müzakirələrə səbəb olub. Məsələ ilə bağlı futbolçu və Fransa millisi heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu məhsul əsasən Skandinaviya ölkələrində geniş istifadə olunur. Kiçik paketlərdə (torbacıqlarda) olan “Snus” üst dodaq ilə diş əti arasına yerləşdirilərək istifadə edilir.

Nəmlənmiş toz tütün məhsuludur. Siqaretə alternativ kimi təqdim olunsa da, tərkibində yüksək miqdarda nikotin var və güclü asılılıq yaradır. “Snus” tüstüsüz olduğu üçün ağciyərlərə zərər vermir, lakin ağız, boğaz və mədəaltı vəzi xərçəngi yarada bilir.

Xatırladaq ki, Maykl Olise Almaniyanın “Bavariya” (Bayern Münxen) klubunda çıxış edir. 

Banu