Türkiyədə futbol klubunun avtobusuna hücum - Yaralılar var + VİDEO

Türkiyənin Elazığ bölgəsində “Vanspor”un komanda avtobusu daşlı hücuma məruz qalıb.

Feb 10, 2025 - 01:52
Feb 10, 2025 - 02:02
Türkiyədə futbol klubunun avtobusuna hücum - Yaralılar var + VİDEO

Hadisə “Elazığspor”un 2:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş verib.

Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.

Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:

“Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır.

Ancaq təəssüf ki, “Vanspor”un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi”. (sportinfo)