“Sabah” Azərbaycan çempionu oldu - Turnir cədvəli
“Sabah” tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu gün keçirilən 21-ci turun təxirə salınmış “Neftçi” - “Qarabağ” matçında Ağdam klubu uduzub - 1:2.
Beləliklə, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” Azərbaycan çempionu adını qazanıb.
Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol