Zelenski Putini təkzib etdi - "Kurskda mühasirəyə düşməmişik"

Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb.

Mar 15, 2025 - 15:58
Zelenski Putini təkzib etdi - "Kurskda mühasirəyə düşməmişik"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi, eləcə də prezident Vladimir Putin Kurskdakı Ukrayna qüvvələrinin mühsirəyə alındığını iddia etmişdi.