"Elşad Miri, nifrət etdiyin dinə inanmağa məcbursan?!" - QALMAQAL

İlahiyyatçı Elşad Mirinin Quranın "Nisə" surəsinin 34-cü ayəsinin tərcüməsi ilə bağlı paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Jun 15, 2026 - 15:04
"Elşad Miri, nifrət etdiyin dinə inanmağa məcbursan?!" - QALMAQAL

SAVASHMEDİA.az xəbər verir ki, Elşad Miri Azərbaycanda bəzi rəsmi qurumlar tərəfindən yayılan Quran tərcümələrində ayənin "qadınları döyün" kimi təqdim edilməsinə etiraz edib.

İlahiyyatçı paylaşımında qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin hədiyyə etdiyi bəzi Quran nəşrlərində ayə belə tərcümə olunur:

"Ey kişilər! Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün!"

Elşad Miri bu tərcümənin suallar doğurduğunu bildirərək, "özbaşınalıq" anlayışının mənası, yatağın ayrılmasının mahiyyəti və qadınlara qarşı zorakılıqla bağlı məsələlərin izah edilməli olduğunu vurğulayıb.

Mirinin paylaşımından sonra jurnalist Vüsal Məmmədov ona sərt reaksiya verib. Ateist mövqeyi ilə tanınan jurnalist ayədə işlədilən "darəbəhunə" sözünün başqa cür tərcümə edilməsinin mümkün olmadığını iddia edib.

Fotoda Vüsal Məmmədov

Vüsal Məmmədov yazıb:

"Ya Şeyx, bu yazıq dinə inana bilirsənsə, inan, inana bilmirsənsə, özünə bu qədər zülm etmə! Allah zülm edənləri sevməz. Quranda həqiqətən "vurun onları" yazılıb. Birmənalı olaraq! "Darəbəhunə" sözünü ayrı cür tərcümə etmək mümkün deyil. Özünü yırtsan da, mümkün deyil!  Sənin sevimli Harun Yahyan nə qədər yumşaltsa da, "yüngülcə vurun"dan o yana malalaya bilməmişdi. Hətta o da sənə baxanda daha insaflı idi. Quranın tərcüməsi bir akademikin yazdığından ibarət deyil ki! Yüzlərlə tərcümə var, hamısında da eyni cür yazılıb - rus, ingilis, türk… Hamısı da peşəkar tərcümələrdir. Ərəblər özləri də elə şərh edirlət. Çünki həqiqətən elədir! Sən niyə Quranda yazılanla barışa bilmirsən?! Nədir axı sənin dərdin?!  Niyə Qurana bu qədər nifrət edirsən?! Məcbursanmı nifrət etdiyin dinə inanmağa?!"

Oğuz