40 manata aldığı qulaqlıq 2 günə xarab oldu – "Baku Electronics"dən şikayət

““Baku Electronics” orijinal adı altında defekt qulaqlığı 40 manata sırıyıb”.

Jul 20, 2026 - 21:18
40 manata aldığı qulaqlıq 2 günə xarab oldu – "Baku Electronics"dən şikayət

SAVASHMEDİA.az xəbər verir ki, bunu mağazanın müştərisi Gülnarə Osmanlı bildirib.

Şikayətçi qeyd edib ki, ““Baku Electronics”dən aldığı qulaqlıq iki gün sonra işləməyib. Mağaza isə məsuliyyəti boynundan atır:

“Şikayətim “Baku Electronics”dəndir. Ayın 9-u 40 manata guya orijinal nauşnik almışam. Ayın 11-i günü nauşnik qəflətən dayandı və bir daha işləmədi. İndi nə dəyişdirirlər, nə qaytarırlar. Neçə gündür get-gələ salıblar. Servis mərkəzinə də göndərdilər məni. Tilişkə nauşnikdən ötrü durub servisə getmişəm. Orada mənə deyirlər ki, malın zəmanət kağızı yoxdur, biz baxmırıq”.

G.Osmanlı mağazanın əməkdaşlarının da işbilməz olduğunu bildirib:

“Mən anlamıram onda satıcı məni niyə servisə göndərir? Bilmir ki, zəmanət kağızı verməyib? Məni günahlandırırlar ki, mən tələb etməli imişəm. Bu məsələni burda qoymayacağam. Defekt malı kiməsə sırıyıb sonra arxasında durmamaq nədir öyrənəcəksiniz”.

Banu