İspanları döyən Argentina futbolçuları cəzalandırılacaq - FİFA-da araşdırma

FİFA 2026 Dünya Çempionatının finalından sonra baş verən kütləvi dava ilə bağlı Argentina millisinə qarşı intizam araşdırmasına başlayıb.

Jul 20, 2026 - 21:08
Jul 20, 2026 - 21:38
İspanları döyən Argentina futbolçuları cəzalandırılacaq - FİFA-da araşdırma

SAVASHMEDİA.az xəbər verir ki, FİFA-nın araşdırması final fitindən sonra İspaniya futbolçuları ilə qarşıdurmaya girən Argentina millisinin üzvləri Leandro Paredes və Nahuel Molinanın hərəkətlərini əhatə edir.

FİFA-nın İntizam Məcəlləsinə əsasən, zorakı davranış təsdiqlənərsə, futbolçular bir neçə oyunluq diskvalifikasiya, pul cəriməsi və digər intizam sanksiyaları ilə üzləşə bilərlər. 

Paredes artıq finaldan sonra qırmızı vərəqə alıb və onun cəzasının daha da ağırlaşdırılması ehtimal olunur.

FİFA yekun qərarı matçın hakim hesabatlarını və digər sübutları araşdırdıqdan sonra verəcək.

Aytən