"B" kateqoriyası olan sürücülərə xəbərdarlıq - Bu halda cərimə olunacaqlar
"B" kateqoriyalı sürücülük vəsiqəsi ilə bəzi minik avtomobillərini idarə edənlər cərimələnə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, söhbət icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan avtomobillərdən gedir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, sürücülük kateqoriyası avtomobilin minik və ya yük kimi tanınmasına görə deyil, maksimum kütləsi və sərnişin yerlərinin sayına əsasən müəyyən edilir.
Qanunvericiliyə əsasən, "B" kateqoriyası yalnız maksimum kütləsi 3,5 tonu aşmayan və sürücüdən əlavə 8 sərnişin yeri olan avtomobillərin idarə edilməsinə icazə verir.
Buna görə də iri həcmli avtomobil alan sürücülərə texniki pasportdakı kütlə göstəricisini yoxlamaq tövsiyə olunur.