Putin onu erotik təqvimdən seçib - 17 yaşlı məşuqə Alisa kimdir? + FOTOLAR 

“Rusiya Prezidenti Vladimir Putin 17 yaşlı model Alisa Xarçeva ilə bir il intim əlaqədə olub”.

Sep 19, 2025 - 22:42
Sep 19, 2025 - 22:50
Putin onu erotik təqvimdən seçib - 17 yaşlı məşuqə Alisa kimdir? + FOTOLAR 

SAVASHMEDİA.az xəbər verir ki, bu, Rusiyanın iki araşdırmaçı jurnalisti – Mixail Rubin və Roman Badaninin birgə yazdıqları “The Tsar in Person: How Vladimir Putin Fooled Us All” ( Çar Şəxsən: Vladimir Putin hamımızı necə aldatdı) adlı kitabda qeyd olunub.

Kitabda bildirilir ki, bəhs edilən hadisə 2010-cu ildə baş verib. Moskva Universitetinin jurnalistika fakültəsində oxuyan 12 tələbə qız Vladimir Putinin 58 yaşının tamam olması münasibətilə hazırlanacaq erotik təqvim üçün kamera qarşısına keçiblər. 

Qızların hərəsi bir ayı təmsil edərək alt paltarında şəkillər çəkdiriblər. Şəkillərdən 50 min ədəd erotik kalendar hazırlanıb və biri 6 avrodan satışa çıxarılıb. Kalendarın biri doğum günü olan Putinə göndərilib. Onun təqvimlə yanaşı, “aprel ayı qızı” Alisa Xarçevadan da xoşu gəlib. 

Baş nazirin şəxsi komandasından bir nəfər Xarçevanı axtarıb tapıb və gənc qız görüş üçün Putinin yanına aparılıb. O, Alisa Xarçeva ilə intim münasibətdə olub. Bundan sonra Alisa bir il boyunca davamlı Putinin yanına aparılıb. 

Alisa Xarçeva Putinlə münasibətinə qədər Moskva ətrafında yaşayan, kasıb bir tələbə olub. Gözəllik yarışı müsabiqələrinə qatılıb. Lakin bu münasibətdən sonra Putin Xarçevaya Moskvanın mərkəzi hissəsində dəbdəbəli mənzil hədiyyə edib, gənc modelə və ailəsinə maddi dəstək verib.

Jurnalistlər kitabda qeyd edirlər ki, Putin həmin vaxt Lyudmila Oçeretnaya ilə rəsmi nikahda olub. Buna görə də Alisa Xarçeva Kremlə şəxsi mühafizə ilə gəlib-gedib və medianın onu görüntüləməsinə icazə verilməyib.

Alisa yaxınlarına bildirib ki, Putinlə görüşməkdən peşman deyil,  hətta onu tanıdığına görə şaddır.

Qeyd edək ki, Vladimir Putin 2010-cu ildə Rusiyanın Baş naziri idi. 

Banu