Tramp Müctəba Xameneini "gey diktator" adlandırdı - QALMAQAL
ABŞ Prezidenti Donald Tramp iyulun 24-də Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyində İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı qalmaqallı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp çıxışı zamanı İranın "gey diktator" tərəfindən idarə olunduğunu deyib.
"Onların əvvəlki rəhbəri aradan götürülüb və indi daxili parçalanma ilə üzləşən ölkə gey diktator tərəfindən idarə olunur", - ABŞ prezidenti vurğulayıb.
Beynəlxalq media Trampın bu sözlərlə İranın ali rəhbəri Müctəba Xameneini nəzərdə tutduğunu yazır. Lakin Tramp çıxışında onun adını birbaşa çəkməyib.
Oğuz