"Liverpul"dan "Qarabağ"a hörmətsizlik - FOTO

"Liverpul" klubu "Qarabağ"la oyun barədə sosial media hesabında paylaşım edib.

Jan 26, 2026 - 18:26
Jan 26, 2026 - 19:40
"Liverpul"dan "Qarabağ"a hörmətsizlik - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu paylaşımda Ağdam təmsilçisinin loqosunda 2 ulduz əvəzinə, 1 ulduzun olduğu görülür.

Xatırladaq ki, komandanın loqosundakı ulduz qazanılan böyük titulları, əsasən isə çempionluğu simvolizə edir. Yəni bu, “biz neçə dəfə çempion olmuşuq” mesajıdır.

Adətən 1 ulduz 5 çempionluğa bərabərdir. "Qarabağ" FK isə indiyə qədər Azərbaycan Premyer Liqasında 12 dəfə çempion olub və bu, onun loqosunda 2 ulduzla əks olunub.

"Liverpul"un sözügedən paylaşımını təqdim edirik:

Oğuz