Musa qızlığı Qumrala görə əmisinin üzərinə yerdi - "Mən dəliyəm, sizi məhv edərəm" + VİDEO

Məşhur müğənni Musa Musayev əmisi, Xalq artisti Niyamməddin Musayevi və onun qızı Röyanı təhdid edib.

Jan 26, 2026 - 19:12
Musa qızlığı Qumrala görə əmisinin üzərinə yerdi - "Mən dəliyəm, sizi məhv edərəm" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Röya Musayevanın Qumralın ifasını “Youtube”dan sildirməsidir.

“Mənim də içimdə saxladığım nələrsə var. Elə bir şey deyərəm ki, Azərbaycandan qaçarsınız. Ümumiyyətlə, azərbaycanlı görəndə gizlənərsiniz. Bəsdirin! Bunu demək mənim üçün də ayıb olar, ancaq artıq bıçaq sümüyə dirənib. Özümünkilərə deyirəm. Elə sözlər deyərəm ki, sizi tanıyan olmasın deyə, gedib cəngəlliklərdə yaşayarsınız. Bilmirsiniz ki, bunun altında nələr var? Hələ nələr çıxacaq ortaya? Nə qədər ki, bizimlə zidləşəcəksiniz, mən də sözümü deyəcəyəm. Elə söz deyəcəyəm ki, yeddi qatınızdan keçəcək. Oturun yerinizdə! Bilirsiniz ki, mən dəliyəm, dəyərəm, sizi məhv edərəm. İlişməyin!” – M. Musayev bildirib.

Xatırladaq ki, müğənninin həyat yoldaşı Təranə Qumralın qızı Qumral Musayeva Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını ifa edib. Xalq artistinin qızı Röya Musayeva isə icazə alınmadığı üçün müəllif hüquqlarını və Qumralın “cütlənmiş” sözünü “cütləşmiş” kimi tələffüz etdiyini əsas gətirərək mahnını “Youtube” platformasından sildirib.

Banu