“Yarım milyon xərcləməyib, onun nə pulu var ki, mənə ev ala?” – General oğlunun keçmiş sevgilisi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.
SAVASHMEDİA.az bildirir ki, məsələ ilə bağlı R.Orucovun keçmiş sevgilisi, vizajist Nərmin Xudaverdiyev Demokrat.az-a açıqlama verib.
N. Xudaverdiyeva general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov ilə sevgili olduğunu təsdiqləyib:
“Bu illər ərzində Rüstəmdən çox böhtan görmüşəm. Amma onun bu dərəcəyə gəlib çıxacağını bilməzdim. O mənimçün guya ev aldığını deyib. Bu, yalandır. Birincisi, mənim, ümumiyyətlə, evim yoxdur, kirayədə yaşayıram. Artıq 31 yaşım var, 31 ildir ki evim yoxdur. Nə mənim, nə də ailə üzvlərimin adına hər hansı bir ev var. İkincisi, ev almaq lazımdırsa, onu qarşı tərəf özünə alsın. Onun nə pulu var ki, mənə ev alsın? Mənim qaldırdığım iddia tam fərqlidir. Şikayətim ondan ibarətdir ki, mən narahat edilirəm və haqqımda əsassız sözlər danışılır.
Mənim şəxsi həyatım var, münasibətdə olduğum insan var. Amma qarşı tərəf elə iddialar irəli sürür ki, əsası yoxdur. Haqqımda müxtəlif böhtanlar yayır, məni pozğun adlandırır, mənə yarım milyon pul xərclədiyini deyir. Bunların hamısı yalandır. Mənim bir günahım olsaydı, bunu gizlətməzdim. Qanuni yollarla da sübut edərəm ki, kirayədə yaşayıram və evim yoxdur. Kiminsə iddia etdiyi kimi hansısa böyük maddi imkan və ya gizli mülkdən də söhbət gedə bilməz. Mənim irəli sürdüyüm iddialar tamamilə başqa məzmun daşıyır. Mənə qarşı səsləndirilən iddialar isə reallıqla heç bir əlaqəsi olmayan, tamamilə fərqli və əsassızdır. Artıq bu məsələdə canımdan bezmişəm, özümü öldürmək həddinə çatmışam”.