Pentaqon rəhbərinin bu qalmaqaldakı rolu araşdırılacaq
Pentaqonun baş müfəttişi müdafiə naziri Pit Heqsetin “Signal” çatı qalmaqalındakı rolunu araşdıracaq.
SAVASHMEDİA.az bu barədə NBC News telekanalına istinadən xəbər verir.
Baş müfəttişin elanı Senatın Silahlı Qüvvələr Komitəsinin sədri və aparıcı üzvü, Missisipi ştatından respublikaçı senator Rocer Uikerin 26 mart tarixində imzaladığı məktubda verilən sorğuya cavabdır.
KİV yazır ki, Heqsetin məxfi məlumatlarla işləmə qaydalarına uyğunluğunu yoxlamaqdan əlavə, Pentaqonun baş müfəttişi vəzifəsini icra edən Stiven Stebbins rəsmi qeydlərin qorunub saxlanılması tələblərinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.
“Associated Press” əlavə edib ki, Pentaqonda yoxlamalar zamanı həmçinin qurumun digər vəzifəli şəxslərinin ümumi girişi olan şifrlənmiş “Signal” tətbiqindən istifadəsini də araşdıracaq. Bu tətbiqdə qorunmayan təhlükəsiz kommunikasiya şəbəkəsinin bir hissəsi olmayan məxfi materiallarla iş aparmaq olmaz.
“Bu qiymətləndirmənin məqsədi müdafiə nazirinin və Müdafiə Nazirliyinin digər əməkdaşlarının kommersiya mesajlaşma tətbiqindən xəbərlərin mübadiləsinə dair xidməti məqsədlər üçün istifadə üzrə nazirliyin siyasət və prosedurlarına necə əməl etdiyini müəyyən etməkdir. Bundan əlavə, biz təsnifat və qeydlərin saxlanması tələblərinə uyğunluğu nəzərdən keçirəcəyik”, - deyə Stebbinsin Pentaqon rəhbərinə göndərdiyi məktubda bildirilir.
“Associated Press” qeyd edir ki, yoxlama təkcə Uikerin deyil, həm də Rod-Aylenddən olan demokrat senator Cek Ridin xahişi ilə başlayıb.
Xatirə SADİQ