“Sizin probleminiz Çindir” – Makrondan ABŞ-yə 

“Vaşinqtonun Avropa İttifaqından (Aİ) mallara rüsum tətbiq etməsi inflyasiyanın artmasına səbəb olmaqla Amerika iqtisadiyyatına zərər verə bilər”.

Feb 10, 2025 - 12:57
“Sizin probleminiz Çindir” – Makrondan ABŞ-yə 

SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “CNN” telekanalına müsahibəsində bildirib. 

Makron qeyd edib ki, ABŞ üçün ilk problemin Çin olduğunu hesab edir. 

Fransa prezidenti Vaşinqtonu Aİ-yə qarşı ticarət müharibəsi açmaq əvəzinə diqqətini Çinlə qarşıdurma, Yaxın Şərqdəki böhranı və Ukraynadakı müharibə üzərində cəmləməyə çağırıb.

“Avropa sizin üçün müttəfiqdir və əgər siz Avropanın investisiya, müdafiə və təhlükəsizlik məsələlərinə daha çox məşğul olmasını istəyirsinizsə, inkişafa ümid edirsinizsə və hesab edirəm ki, bu, ABŞ-nin marağındadır, tariflərlə hədələməklə Avropa iqtisadiyyatına zərər vurmaq lazım deyil”, - deyə Makron vurğulayıb.

Fransa prezidenti ABŞ və Avropa arasında qiymət yaratma inteqrasiyasının son dərəcə yüksək olduğunu söyləyib: “Bu o deməkdir ki, bir çox sektorlara tariflər tətbiq etsəniz, bu, ABŞ-də qiyməti artıracaq və inflyasiya yaradacaq”.

Bundan öncə Tramp Brüsselin ABŞ texnoloji şirkətlərinə qarşı addımlarını və mallarda böyük ticarət kəsirini əsas gətirərək, Aİ-yə mütləq tariflər tətbiq edəcəyini bildirmişdi. Amma o, bu tədbirlərin nə vaxt görüləcəyi barədə məlumat verməyib.

Aİ ticarət nazirləri onun təhdidlərini müzakirə etmək üçün çərşənbə axşamı Varşavada görüşdülər.

Xatirə SADİQ