Qurbanovun üzünə kədər çöküb, belə ümidsiz danışmamışdı - "Artıq gecdir"
“Həm yerli, həm də əcnəbi oyunçularımıza təkliflərin olması işimizə mənfi təsir edir. Futbolçularımıza gələn təkliflər onların performansına də təsir göstərir. Bunu düzəltmək artıq gecdir”.
SAVASHMEDİA.az xəbər verir ki, “Qarabağ”ın baş məşqşisi Qurban Qurbanov “Şamaxı” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb.
“Çempionlar Liqasında uğurlu çıxış edən komandanın haradasa 70 faiz futbolçusuna təkliflərin gəlməsi bizi çətinə saldı. Əlbəttə, bunun komandaya mənfi təsiri oldu”, - o qeyd edib.
Çempionluq şansını dəyərləndirən Qurbanov optimist olmadığını gizlədə bilməyib:
"Sabah"la xal fərqi çoxdur. 9 xal az deyil. Qarşıda maraqlı oyunlarımız var. Elə "Sabah"la iki oyunumuz var. Oyun keyfiyyətlərimizi yaxşılaşdırmağa və sonadək hər oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. Heyətin genişləndirilməsi nəzərdə tutulub. Sıralarımıza daha çox futbolçu cəlb etməli və seçim edərkən diqqətli olmalıyıq".
Qurban Qurbanov Abdullah Zubirin Qətər klubuna gedəcəyi ilə bağlı sualı da cavablandırıb:
"Məndə belə bir məlumat yoxdur".
Səlcuq