Azərbaycan Premyer Liqasında 2 oyun var
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tur çərçivəsində daha iki matç keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda
"Qarabağ" "İmişli"ni qəbul edəcək.
"Turan Tovuz" isə səfərdə "Şamaxı"nın qonağı olacaq. Bu qarşılaşma da 17:00-da start götürəcək.
Qeyd edək ki, daha öncə “Karvan-Yevlax” “Qəbələ”yə uduzub (1:2), “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib (2:0). “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” oyunları isə sabah keçiriləcək.