Bu şəhərə 450 ildir yağış yağmır - SƏBƏBİ
Cənubi Amerikanın qərb sahilində yerləşən İkike şəhərində insanlar demək olar ki, yağış görmədən yaşayırlar.
SAVASHMEDİA.az xəbər verir ki, bu şəhərə son nəzərəçarpacaq yağış təxminən 450 il əvvəl yağıb.
Buna baxmayaraq, şəhər normal həyatını davam etdirir və turistlərin maraq göstərdiyi məkanlardan biri sayılır.
İkikedə yağışın yağmamasının əsas səbəbi Humboldt okean cərəyanıdır. Soyuq axın havanı soyudur və buxarlanmanın qarşısını aldığı üçün yağış buludları formalaşa bilmir.
Digər tərəfdən, And dağları rütubətli küləklərin bölgəyə çatmasına mane olur. Atakama səhrasından gələn quru hava isə iqlimi daha da sərtləşdirir.
Nəticədə okean, səhra və dağların yaratdığı təbii şərait İkikeni dünyanın ən quraq şəhərlərindən birinə çevirib.
Aytən