Peskov türk dilini necə öyrəndiyini AÇIQLADI - "Bu, cəza idi"
“Tələbəlik illərində türk dilini öyrənməklə cəzalandırılmışam”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tələbəsi olduğu Asiya və Afrika Ölkələri İnstitutunun 70 illik yubiley tədbirindəki çıxışında deyib.
Peskov bildirib ki, əslində ərəb dilini öyrənmək istəyib. Lakin dili sərbəst seçmək üçün lazım olan balı toplaya bilmədiyi üçün “cəzalandırılıb”:
“Türk dili mənə aşağı nəticələrə görə cəza kimi verildi. Bir neçə il türk dili və türkologiyanı ciddi şəkildə öyrəndikdən sonra bunun uğurlu seçim olduğunu anladım”.
Qeyd edək ki, Asiya və Afrika Ölkələri İnstitutu Moskva Dövlət Universiteti nəzdində fəaliyyət göstərən elmi-tədris müəssisəsidir. İnstitutun tanınmış məzunlarından biri də Vladimir Jirinovski olub.
Banu