Qəzza qəzası

İnsanlara nədənsə elə gəlir ki, həqiqətin axtarış istiqamətinin kökündə tarix durur.

Nov 13, 2024 - 13:57
Qəzza qəzası

1. Tarix ya hüquq

İnsanlara nədənsə elə gəlir ki, həqiqətin axtarış istiqamətinin kökündə tarix durur. Qarabağ münaqişəsi meydana gələndə ermənilər və azərbaycanlılar bir qayda olaraq tarixi sənədlərə, memuarlara istinad edirdilər. O zaman kim isə səsləndi: "Ay camaat, mübahisəni tarix deyil, hüquq müstəvisində apararlar". Eşidən olmadı. Çünki ermənilərə bu, sərf etmirdi, azərbaycanlılar isə bunu anlamadılar.

Yəhudi əsatirlərinə görə, Misirin firon ailəsinə yaxın şəxs Musa onları 40 il səhralarda gəzdirib və nəhayət "Yaxın Şərqdə nefti olmayan yeganə bölgə"yə gətirib (son ifadə müasir acı zarafatdır).

Musa tarixi şəxsiyyət deyil, özü və gəzdirdiyi səhra "turist"ləri bu gün məhkəmədə şahid ifadəsi verə bilməzlər. Real İsrail dövləti isə XX əsrin az qala tən ortasında gənc BMT-nin kal qərarı ilə yaradılıb. Nəinki sənədlər, insan yaddaşı da buna şahiddir. Belə ki, müasir ərəb dünyasının qəhrəmanına çevrilmiş Britaniya zabiti Osmanlı imperiyasının zəifləməsindən istifadə edərək, türkləri bölgədən vurub çıxardı. Bir vaxt qaniçən səlibləri darmadağın etmiş Səlahəddinin varisləri Qüdsü (Yerusəlimi) tərk edərək müsəlman ərəbləri başsız qoydular. Bundan sonra "başsızlar" ingilisi göylərə qaldırdılar. İngilis fələstinlilərə sıxlaşmağı təklif etdi.

Alman faşistlərinin əlindən qurtula bilmiş yəhudilər yaxındakı Şərqə köçməyə başladılar. İsrail dövlətinin ən böyük siyasi sponsorlarından biri SSRİ oldu. Stalin güman edirdi ki, yeni dövlət bölgəyə marksizm-leninizm təlimini yeridəcək. Bundan bir qədər əvvəl – hələ 1934-cü ildə - xalqların "dədə"si yəhudilərə gözlənilməz bonus da hədiyyə etmişdi: Xabarovsk krayının Çinlə sərhəd zonasında sahəsi 36 min kvadrat kilometrlik Yəhudi Muxtar Vilayəti yaradılmışdı. Yəhudi xalqının tarixini, ənənələrini, məişətini, nəhayət, ruhunu əks etdirməyən oyuncaq inzibati qurum.

Fələstinlilər, bütövlükdə ərəb dünyası, İsrail dövlətinin varlığını qəbul etmək istəmədilər. Ərəblər tarixən yəhudilərə qibtə ediblər. Onlar kimi yaşamaq istəyiblər. Yəhudilərdən öyrəniblər, nümunə götürüblər, onları təqlid ediblər.

Vəhşi səhra tayfalarının başbilənləri çəkinmədən, abır-həya etmədən yəhudi əfsanələrini, rəvayətlərini, hətta qəhrəmanlarını özünküləşdiriblər. Beləcə, Moisey (Mozes) oldu Musa, Solomon – Süleyman, İisus (Yezus, yaxud Yeşua) – İsa, Avraam – Linkoln... Pardon, başım qızışdı... İbrahimə çevrildi Avraam.

Ərəblər yəhudilərdən gigiyena qaydalarını öyrəndilər (təkcə sünnəti xatırlamaq kifayətdir), yazını (təsadüfi deyil ki, sağdan sola yazırlar), qida mədəniyyətini (ət məhsulları ayrı, süd – ayrı) öyrəndilər.

Elə o zaman ərəb dünyasında insestlə mübarizə başlandı, yenicə doğulmuş qızları səhrada quma basdırmağı kəsdilər.

Hərçənd, İslam özündən yaşlı dinləri təlqin edirdi, o, elmin, incəsənətin inkişafı yolunda bir əngələ, qara daşa çevrildi. Artıq dörd əsrdir ki, ərəblər işə yararlı, kara gələn heç nə ixtira etməyiblər. Sonra da özlərindən çıxırlar ki, "vay, peycerlər partladı!". Əlbəttə partlayar, çünki sizin deyil, ondan da geri qalırsınız. Hətta cansız peycer də bunu anlayır...

Ərəblər isə öz iddiasında israrlıdırlar: "Yəhudilər Yaxın Şərqdə olmayıblar". Yaşayıblar! Məhz bu məhdud məkanda və yalnız burada deyil. Az-az hər yerdə olublar. Tamahkar qonşuları tərəfindən daim təqib edilən yəhudilər nəhayət bu kiçicik ərazidə məskən salıblar, amma onları burada da rahat qoymurlar.

1 il bundan qabaq fələstinlilər ərəb ölkələrinə qaçmaq istəyəndə, onları heç kəs yaxına buraxmadı. Misir prezidenti, İordaniya kralı sərhədləri onların üzünə bağladılar. Niyə? Çünki fələstinliləri yaxşı tanıyırlar (yaxşı kimi yox!). Elə biz də onlara bələdik. Erməni terror dəstələrinin oradakı təlim-məşq düşərgələrində illər uzunu müsəlmanları necə qətlə yetirmək dərsləri keçdiklərini də yaxşı bilirik. Dünən terrorçu HƏMASa səs verib, onu Qəzza bölgəsində hakimiyyətə gətirən, məktəb və xəstəxana binalarının altında öz əlləri ilə silah anbarları, terrorçu sığınacaqları tikən, tunellər çəkən ərəb bu gün İsrail bombasından həlak olmuş əzizinin cənazəsi üzərində həşir salıb, "Allahu Əkbər" deyəndə, "Yəqin ki, o, hər şeyi görüb", deyə əlavə etmək istəyirəm...

A.ƏZİZ