Rusiyada uşaq həkiminə 5 il yarış iş verildi - Ordudan “danışıb”
Moskvada pediatr Nadejda Buyanova Rusiya ordusu haqqında “feyk”lər barədə cinayət işi üzrə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlyumat yayıb.
68 yaşlı həkimə qarşı 2024-cü ilin fevralında ziyarətçinin şikayətindən sonra cinayət işi açılıb. Rusiya-Ukrayna müharibəsi iştirakçısının dul arvadı Anastasiya Akinşina iddia edib ki, qəbul zamanı həkimə yeddi yaşlı oğlunun ölən atası üçün darıxdığını deyib. Həkim isə onun ərini “Ukraynanın qanuni hədəfi” adlandırıb.
Nadejda Buyanova belə ifadə işlətmədiyini bildirib.
Onun vəkili Oskar Çerciyev hökmü “dəhşətli dərəcədə qəddar” adlandırıb: “Biz bunu gözləmirdik. Bu, hətta mənim üçün sərt oldu”.
Xatirə SADİQ