ABŞ baş prokurorundan xəbərdarlıq - “20 il istəyəcəyəm”

ABŞ baş prokurorluğu “Tesla” avtosalonunda yanğın törədməkdə ittiham olunan gəncə 20 il həbs cəzası istəyəcək. 

Apr 1, 2025 - 16:38
ABŞ baş prokurorundan xəbərdarlıq - “20 il istəyəcəyəm”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb. 

Məlumata əsasən, 24 yaşlı Kuper Co Frederik martın 7-də Fort-Kollinzdə həbs olunub. O, qonşuluqda yerləşən Lavlanddakı avtosalonda iki avtomobilin arasına yandırıcı qurğu atmaqda şübhəli bilinir. 

Bu insident “Tesla”ya qarşı təkcə ABŞ-də deyil, həm də onun hüdudlarından kənara çıxan silsilə hücumların bir hissəsi olub. 

ABŞ-nin baş prokuroru Pəm Bondi bildirib ki, Frederikə 20 il həbs cəzası verilməsinə nail olmaq niyyətindədir. 

“Qoy bu xəbərdarlıq olsun: siz qaça bilərsiniz, amma gizlənə bilməzsiniz. Ədalət gəlir”, - deyə baş ittihamçı əlavə edib.

Xatirə SADİQ