"Məndən Xameneini dəfn etmək üçün xahiş edirlər, bu yandan da..." - Tramp
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində İranın ona etdiyi son xahişlə bağlı maraqlı detalı açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp İranın keçmiş ali lider Əli Xameneinin dəfn mərasimini keçirilmək üçün ABŞ-dən müvəqqəti atəşkəs istədiyini iddia edib.
"Onlar fasilə istədilər. Xameneinin dəfn mərasimini keçirmək istəyirdilər. Mən də razılıq verdim. Amma sonra yenidən raket atmağa başladılar", - ABŞ prezidenti bildirib.
Tramp bildirib ki, məhz bundan sonra atəşkəs faktiki olaraq qüvvədən düşüb.
Onun sözlərinə görə, İranın raket hücumlarını bərpa etməsi Vaşinqtonun əvvəlki razılaşmanı davam etdirməsini mümkünsüz edib.
Oğuz