Kremldən Putini "dəli" adlandıran Trampa CAVAB
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini heç bir səbəb olmadan Ukrayna şəhərlərini atəşə tutaraq dinc sakinləri öldürməkdə ittiham edib.
Putinin tamamilə ağlını itirdiyini (absolutely crazy) söyləyən ABŞ prezidenti onun əməllərindən narazı olduğunu ifadə edib.
Tramp Putinin bütün Ukraynaya sahib olmaq istədiyini də vurğulayaraq bunu həyata keçirməyə çalışacağı halda Rusiyanın çökəcəyi (downfall) haqda xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Trampın Putini "dəli" adlandırmasına cavab verib.
O, bildirib ki, Vaşinqton Moskva və Kiyev arasında danışıqlara başlamaq üçün “çox böyük səylər göstərib” və bu, təbii olaraq “həddən artıq emosional yüklənməyə” səbəb olub.
"Əlbəttə, Amerika tərəfinin böyük səy göstərdiyi danışıqlar prosesinin başlanması çox mühüm nailiyyətdir. Biz buna görə minnətdarıq. Amma bu gərgin proses hamı kimi Tramp üçün də əlavə emosional yüklənmə hesabına başa gəlir və bəzən emosional reaksiyalarla müşahidə olunur. Prezident Putin ölkəmizin təhlükəsizliyini təmin etmək üçün zəruri olan qərarları qəbul edir", - Peskov bildirib.
Oğuz