Reytinqdə özümüzdən 23 pillə geridə olan Litva ilə bacarmadıq - AFFA nəyi bayram edir?

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda ikinci tur oyununa çıxıb.

Sep 27, 2026 - 19:44
Reytinqdə özümüzdən 23 pillə geridə olan Litva ilə bacarmadıq - AFFA nəyi bayram edir?

SAVASHMEDİA.az xatırladır ki, Ayxan Abbasovun komandası səfərdə Litva ilə qarşılaşıb.

Kaunasda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Litva 9-cu dəqiqədə penaltidən hesabı açıb, Mahir Emreli isə 14-cü dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra Litvanın 4, Azərbaycanın isə 1 xalı var.

İndi əsas məsələ bu heç-heçənin necə təqdim olunacağıdır.

Görünən odur ki, AFFA-nın yandaş mediası Litva ilə 1:1 hesablı heç-heçəni az qala qələbə kimi təqdim etməyə çalışır. Əslində isə bu heç-heçə Azərbaycan üçün növbəti uğursuzluq hesab edilməlidir.  Niyə?

Həm də ona görə ki, FİFA-nın son rəsmi reytinq cədvəlində Azərbaycan 126-cı, Litva isə 149-cu pillədə qərarlaşıb. Yəni millimiz rəqibindən dünya reytinqində 23 pillə öndədir.

Əlbəttə, futbolda reytinq meydandakı nəticəyə zəmanət vermir. Amma nəticəni qiymətləndirərkən bu fərqi də nəzərə almaq lazımdır.

Amma faktı da qulaqardına vurmaq olmaz ki, Azərbaycan millisi özündən 23 pillə aşağıda olan Litvaya qalib gələ bilmədi.

Səlcuq