"Qalatasaray"ın qisas planı, Kərəm şokda - Heç kim bunu gözləmirdi

Xəbər verdiyimiz kimi, “Fənərbağça” “Benfika” ilə Kərəm Aktürkoğlunun transferi məsələsində razılaşıb.

Aug 30, 2025 - 14:48
"Qalatasaray"ın qisas planı, Kərəm şokda - Heç kim bunu gözləmirdi

SAVASHMEDİA.az xəbər verir ki, razılaşmaya baxmayaraq, İstanbul təmsilçisi bu dəfə də “Qalatasaray” əngəli ilə rastlaşıb. 

Belə ki, “Benfika” futbolçunun müqaviləsindəki “ilk imtina hüququ” bəndinə əsasən, “Qalatasaray”a cavab vermək üçün 5 gün vaxt verib. 

“Qalatasaray” 5 gün içində qərar verməsə də Kərəm “Fənərbağça”ya satılacaq. Lakin bu halda o, “Fənərbağça”nın  Avropa Liqası matçlarında iştirak edə bilməyəcək. Çünki həmin matçlar üçün UEFA-ya futbolçuların siyahısı 5 gün ərzində təhvil verilməlidir. 

“Qalatasaray”ın isə Kərəm Aktüroğlu ilə yaşanan gərginliklərdən sonra qərarı 5-ci günün sonuna saxlayacağı bildirilir.

Banu