FİFA "Turan Tovuz"a hər gün 5 min dollar ödəyəcək - DETALLAR

“Turan Tovuz”un panamalı müdafiəçisi Roderick Millerin 2026-cı il dünya çempionatında iştirakı klub üçün də maliyyə baxımından sərfəli olacaq. 

Jun 10, 2026 - 13:11
FİFA "Turan Tovuz"a hər gün 5 min dollar ödəyəcək - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, Panama millisinin yekun heyətinə düşən təcrübəli futbolçu Azərbaycan Premyer Liqasından mundiala yollanan ilk oyunçu kimi tarixə düşüb.

FİFA-nın kompensasiya proqramına əsasən, dünya çempionatında iştirak edən futbolçuların klublarına hər gün üçün ödəniş edilir. 

İlkin hesablamalara görə, Millerə görə “Turan Tovuz” gündə təxminən 5 min dollar qazanacaq. Panama millisi qrup mərhələsində minimum 17 gün turnirdə qalacağı təqdirdə, klubun gəliri 85 min dollara çatacaq.

Panama yığması qrupdan çıxaraq pley-off mərhələsinə yüksələrsə, Millerin mundialdakı iştirak müddəti uzanacaq və “Turan Tovuz”un əldə edəcəyi kompensasiya məbləği daha da artacaq.

34 yaşlı müdafiəçi 2023-cü ildən “Turan Tovuz”un şərəfini qoruyur və həm klubun, həm də Panama millisinin əsas oyunçularından biri hesab olunur.

Oğuz