Atam dediyi Ramiz Mehdiyevdən DTX rəisinə şikayət etdi - Ən yaxın adamı onu satdı

Hazırda həbsdə olan “Baku Steel Company”nin sabiq sahibi Rasim Məmmədov Prezident İlham Əliyevə və DTX rəisi Əli Nağıyevə müraciət edib.

Feb 3, 2026 - 18:29
Atam dediyi Ramiz Mehdiyevdən DTX rəisinə şikayət etdi - Ən yaxın adamı onu satdı

SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə xəbəri gununsesi.info saytı yayıb.

Xəbərə görə, Rasim Məmmədov öz müraciətində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin onun başına gətirdiyi hadisələrdən bəhs edib.

O bildirib ki, məhz Ramiz Mehdiyevin mövqeyinin güclü olduğu zamanlarda təzyiqlərə məruz qalıb və bu gün yaşadıqları da bunun nəticəsidir.

Rasim Məmmədov ölkə başçısından və DTX rəisindən onunla bağlı məsələnin yenidən araşdırılmasını, o cümlədən azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.

Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Rasim Məmmədov 4 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyevi atası adlandırmışdı: 

“Mən Ramiz Mehdiyevi həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm”.

İndi məlum olur ki, Rasim Məmmədov artıq atası qədər istədiyi, hazırda həbsdə olan Ramiz Mehdiyevdən üz döndərib, ondan şikayət yazır.

Oğuz