İsrail Qəzzanın boşaldılması üçün plan hazırlayır – “The Jerusalem Post”

İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinə (IDF) anklavı tərk etmək istəyən Qəzza sakinlərinə maneəsiz bunu etməyə imkan verəcək plan hazırlamağı tapşırıb.

Feb 6, 2025 - 15:35
İsrail Qəzzanın boşaldılması üçün plan hazırlayır – “The Jerusalem Post”

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “The Jerusalem Post” yazır.  

“Plan sərhəd-keçid məntəqələri vasitəsilə çıxış variantlarını, həmçinin dəniz və hava yolları üçün xüsusi mexanizmləri əhatə edəcək”, - deyə müdafiə naziri bildirib.

Kats qeyd edib ki, ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq planını dəstəkləyir, çünki onların anklavı tərk etmək və mühacirət etmək hüququ olmalıdır.

Nazir fələstinlilərin köçə biləcəyinə inandığı ölkələr arasında İspaniya, İrlandiya, Norveç, eləcə də İsrail və “HƏMAS” arasında müharibə ilə bağlı yalan ittihamlar irəli sürən digər ölkələri qeyd edib. 

Bu ölkələrin hamısı Fələstini müstəqil dövlət kimi tanıyıb. 

Xatirə SADİQ