Tramp mikrofonun açıq qaldığını unutdu və... - Putin haqqında nə dedi?

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh prosesini müzakirə etmək üçün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini və Avropa liderlərini qəbul edib.

Aug 19, 2025 - 11:41
Aug 19, 2025 - 12:19
Tramp mikrofonun açıq qaldığını unutdu və... - Putin haqqında nə dedi?

SAVASHMEDİA.az xəbər verir ki, “New York Post”-un məlumatına görə, görüşdən sonra liderlər mətbuata açıqlama verərkən təəccüblü məqam yaşanıb.

Bildirilib ki, mikrofonunun açıq olduğunu unudan Tramp Makronun qulağına pıçıldayaraq “Çılğın səslənir, amma Putin mənim üçün sövdələşəcək” deyib.