Bunları etsəniz, soyuducu az işıqpulu yazacaq – Asan üsullar

Evdə ən lazımlı cihazlardan biri soyuducudur. Xüsusilə yay aylarını soyuducusuz təsəvvür etmək mümkün deyil.

Jun 4, 2025 - 13:00
Jun 4, 2025 - 13:01
Bunları etsəniz, soyuducu az işıqpulu yazacaq – Asan üsullar

Lakin bu aylarda isti hava ilə mübarizə aparan soyuducular daha çox enerji sərf edirlər.Bu da daha çox işıqpulu deməkdir.

SAVASHMEDİA.az soyuducunun az işıqpulu yazması üçün bir neçə üsulu oxucularının diqqətinə çatdırır.

Soyuducunun qapağını yoxlamaq

Soyuducunun qapağı yaxşı qapanmırsa və ya arada görünməyən kiçik boşluqlar varsa, içəridəki soyuq hava çölə, çöldəki isti hava da içəri girəcək. Qapı düzgün bağlanmazsa, soyuducu daha çox enerji sərf edərək temperatur tarazlığını saxlamağa çalışacaq. Nəticədə, işıqpulu çox yazacaq. Bunu aradan qaldırmaq üçün qapını yaxşı bağlamaq lazımdır.

A4 kağızı ilə yoxlamaq

Qapı ilə soyuducu arasında kiçik boşluqların olub-olmadığını yoxlamaq üçün A4 kağızı üsulundan istifadə edə bilərsiniz. Bir A4 kağızını soyuducu ilə qapı rezininin birləşdiyi hissəyə qoyub qapını örtün. Daha sonra kağızı çəkib çıxarmağa çalışın. Əgər kağız asanlıqla çıxırsa, deməli, qapı rezini ilə soyuducu arasında boşluq var. Bu həm daha çox enerji sərfiyyatı, həm də xarab olmuş ərzaq və qidalar deməkdir. Qapı rezinini dəyişdirməyiniz məsləhətdir.

Quru süngər üsulu

Soyuducuya mütləq bir quru süngər qoyun. Çünki quru süngər soyuducunun içindəki artıq nəmi udaraq kondensasiyanın qarşısını almağa kömək edir. Bu sayədə soyuducuda rütubət balanslaşdırılır və nəmlə bağlı problemlərin qarşısı alınır. Rütubətin balanslaşdırılması soyuducunun daha səmərəli işləməsinə imkan verir və enerjiyə qənaət etməyə kömək edir.

Banu