Santuş AFFA-nı xərcə saldı, bahalı otel şərti qəbul edildi - Mərdəkanı niyə bəyənmir?
AFFA rəhbərliyi Bakıda fəaliyyət göstərən bahallı otellərdən biri ilə müqavilə imzalayb.
Razılaşmaya əsasən, əsas milli komanda bundan sonra oyunlar vaxtı orada qalacaq və qidalanacaq.
Bunun səbəbkarı Fernandu Santuşdur.
Yayda federasiya ilə 4 illik müqavilə bağlamış baş məşqçi futbolçuları qurumun Mərdəkan qəsəbəsində yerləşən bazasında yerləşdirməkdən imtina edib.
Portuqaliyalı mütəxəssis həmin yeri bəyənmir. 70 yaşlı çalışdırıcı hesab edir ki, AFFA dəniz kənarında infrastruktur yaratmaqla böyük səhvə yol verib.
"Beşiktaş"ın sabiq baş məşqçisi yayda dəhşətli dərəcədə isti, qışda soyuq olan məkanda toplanış keçməyi qətiyyən istəməyib.
sportinfo.az