Rusiya atəşkəsdən imtina etdi - Peskovdan AÇIQLAMA
Rusiya Ukrayna münaqişəsinin həlli üçün atəşkəs yox, sülh istəyir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kiyevin ərazi məsələsi ilə bağlı referendumdan danışması cəbhədə fasilə əldə etmək üçün bəhanə kimi qiymətləndirilə bilər və Moskva buna razı deyil.
"Biz atəşkəs üçün deyil, sülh üçün çalışmaq istəyirik. Atəşkəs növbəti bir aldatmadır. Bizə sülh lazımdır”, – Peskov vurğulayıb.
Aytən