“Putinin Trampı təbrik etmək planlarından xəbərsizəm” – Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putin ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə Donald Trampı təbrik etməyi planlaşdırmır. 

Nov 6, 2024 - 14:44
“Putinin Trampı təbrik etmək planlarından xəbərsizəm” – Dmitri Peskov

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərim yoxdur", - deyə Peskov vurğulayıb.

Amma iki ölkənin liderləri arasında telefon danışığının mümkün olması barədə danışarkən Kremlin sözçüsü bildirib ki, Rusiya prezidenti Vaşinqtonla təmaslara və dialoqa açıqdır. Onun fikrincə, bu məsələdə hər şey ABŞ-nin konkret hərəkətlərindən asılıdır.

Peskov nəzərə çatdırıb ki, ABŞ Rusiya üçün qeyri-dost ölkədir, çünki bu ölkə Rusiya Federasiyasına qarşı Ukrayna münaqişəsində birbaşa iştirak edir. O, hesab edir ki, Moskvaya qarşı münaqişəni birbaşa və ya dolayısı ilə başlayan Vaşinqton olub.

Peskov bildirib ki, Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidentini qələbəsi münasibətilə təbrik etməsə, ölkələr arasında münasibətlərin indikindən artıq pisləşəcəyi ehtimalı yoxdur. 

“Münasibətləri daha da pisləşdirmək, demək olar ki, mümkün deyil”, - deyə o, əlavə edib.

O, prezident seçkilərini ABŞ-ın daxili işi adlandırıb və xatırladıb ki, Trampın hələ onun vəzifəyə başlamasını gözləmək lazımdır.
 
Xatirə SADİQ