Paraqvay Almaniyanı evə yola saldı - DÇ-2026-nın SENSASİYASI 

2026-cı il Dünya Çempionatının 1/16 final mərhələsində Almaniya və Paraqvay arasında keçirilən gərgin qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub.

Jun 30, 2026 - 03:32
Paraqvay Almaniyanı evə yola saldı - DÇ-2026-nın SENSASİYASI 

SAVASHMEDİA.az xəbər verir ki, əsas vaxt və əlavə 30 dəqiqə 1:1 hesabı ilə başa çatdıqdan sonra komandalar penaltilərə üz tutub.

Seriyada daha dəqiq oynayan Paraqvay Almaniyanı məğlub edərək sensasiyaya imza atıb və Dünya Çempionatının 1/8 final mərhələsinə yüksəlib. Qarşılaşma boyunca Almaniya topa daha çox nəzarət etsə də, Paraqvayın müdafiəsi və qapıçısının inamlı çıxışı favorit komandanın planlarını pozub.

Qeyd edək ki, Almaniya turnirin favoritlərindən biri hesab olunsa da, Paraqvay əzmkar oyunu ilə matçı penaltilərə daşımağı bacardı və həlledici seriyada üstünlük qazanaraq növbəti mərhələyə adladı.

Oğuz