Putin dövlət televiziyasında gözlənilməz ETİRAF ETDİ - Vəziyyət pisdir
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Ukraynanın PUA-larla həyata keçirdiyi hücumların ölkədə yanacaq təminatına ciddi təsir göstərdiyini etiraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin dövlət televiziyasına müsahibəsində Ukraynanın enerji infrastrukturuna zərbələrinin problemlər yaratdığını təsdiqləyib.
"Əlbəttə, infrastruktur obyektlərimizə edilən hücumlar problemlər yaradır. Hazırda müəyyən yanacaq çatışmazlığı müşahidə olunur, lakin vəziyyət kritik deyil", - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, hökumət yanacaq təminatını sabitləşdirmək üçün əlavə tədbirlər görür. O, xüsusilə neft emalı zavodlarının hava hücumlarından daha güclü qorunacağını və zədələnmiş obyektlərin bərpasının sürətləndiriləcəyini bildirib.
Qeyd edək ki, son aylarda Ukrayna Rusiyanın neft emalı zavodları, yanacaq bazaları və logistika obyektlərinə uzaqmənzilli PUA-larla intensiv zərbələr endirib. Bu hücumlar nəticəsində Rusiyanın bir sıra regionlarında yanacaq satışı məhdudlaşdırılıb, bəzi yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
Səlcuq